Ebola xəstəliyinə yoluxmuş amerikalı həkim hələ təcrübədən keçən dərmanla müalicə olunub və sağalıb. Avqustun 21-nə Kent Brantli adlı həkimin müalicə olunduğu xəstəxanada xüsusi mətbuat konfransı keçiriləcək.Brantlidən başqa bir amerikalı həkim də həmin xəstəliyə yoluxub və hazırda eyni xəstəxanada müalicə olunur.
Qərbi Afrikada- Liberiya, Syerra Leone, Qvineya, Nigeriyada Ebola xəstəliyindən 1400 adam ölüb. Xəstəliyin dərmanı hələ tapılmayıb, yalnız sınaqdan keçirilən dərman var. ("Azadlıq" radiosu)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !