EBRD prezidenti sabah Azərbaycana gələcək

09:58 | 06.05.2015
EBRD prezidenti sabah Azərbaycana gələcək

EBRD prezidenti sabah Azərbaycana gələcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabarti (Sir Suma Chakrabarti) mayın 7-8-də Azərbaycanda səfərdə olacaq.
 
"Report"un məlumatına görə, səfər zamanı EBRD rəhbərini ölkə Prezidenti İlham Əliyevin qəbul edəcəyi gözlənilir.

S.S.Çakrabartinin, həmçinin iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və maliyyə naziri Samir Şərifovla görüşəcəyi də deyilir.

EBRD prezidenti mayın 8-də media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, mayın 14-15-də EBRD-nin Tbilisidə biznes forum keçiriləcək və S.S.Çakrabartinin həmin tədbirdə iştirakı gözlənilir. Bundan öncə isə Bank rəhbərinin region ölkələrinə səfəri planlaşdırılır.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM