2016-cı ildə Trans-Adriatik Boru Kəmərinin (TAP) layihəsi üzrə əsas inşaat işlərinin başlanması və Avrozonada ətraf mühitin qorunması ilə bağlı əlavə tədbirlərin inkişaf etdirilməsi ilə əlaqədar Albaniyanın iqtisadi böyüməsi 3,3%-ə çatacaq.
"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) noyabr ayı üçün hazırladığı "Regional İqtisadi Perspektivlər" adlı hesabatında qeyd edilib.
Hesabata görə, adıçəkilən ölkənin 2015-ci ildəki iqtisadi artımı 2,3% təşkil edib ki, bu da EBRD-nin may ayında verdiyi proqnozundan bir qədər aşağıdır.
Xatırladaq ki, əsas inşaat işləri gələn il başlanılacaq TAP layihəsi üzrə Avropaya ilk Azərbaycan qazı 2020-ci ilin əvvəllərində çatacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !