Türkiyəli müğənni Ebru Gündeş haqqında daha bir şok xəbər yayılıb.
ANS press-in məlumatına görə, Beyaz TV-də yayımlanan "Söyləməzsəm Olmaz" proqramının aparıcısı Esin Övet müğənninin "O Ses Türkiyə" layihəsindən ayrılacağını bildirib. "Ebru Gündeş hər an komandadan ayrılma xəbərini yaya bilər. Mən belə eşitmişəm", - Esin Övet bildirib.
Qeyd edək ki, Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab dekabrın 17-si səhəri korrupsiya ittihamıə ilə saxlanılıb. Bundabn sonra müğənninin səhhətində problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !