Ebru Gündeş ifadə verdi

12:19 | 02.01.2014
Ebru Gündeş ifadə verdi

Ebru Gündeş ifadə verdi

Hadisə  Müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabın həbs olunduğu korrupsiya və rüşvət istintaqı çərçivəsində ifadə verib. Türkiyənin "Hurriyyet" qəzetinin məlumatına görə, müğənni böyük qardaşı ilə birlikdə istintağa cağrılıb. 

Müğənni və Cengiz Kumartaşlıoğluya azərbaycanlı iş adamı Rza Zərrabla aralarında olmuş telefon danışıqları ilə bağlı suallar verilib. 

Həyat yoldaşının həbs olunması səbəbindən yeni il bayramı ilə əlaqədar bütün proqramları ləğv edən Ebru Gündeş tez-tez həbsxanada Rza Zərraba baş şəkir. Onun son dəfə həbsxanaya Rza Zərrabın istəyi ilə gümüşdən düzəldilmiş 4 təsbeh və 6 kostyum apardığı məlum olub.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM