Ebru Gündeş dünən “O səs Türkiyə” proqramına qatılıb.Oxu.Az xəbər verir ki, o, əri Rza Zərrabın həbsindən danışarkən ağlayıb:“Heç kim unutmasın ki, həyatda hər şey insan üçündür. Mən işimi sevərək görürəm, evlənmədən öncə də işimi görürdüm, evləndikdən sonra da işimi görəcəyəm. Arzu edirəm ki, bu qara günlər tez keçər. Çox təəccüblü və kədərli olduğum bir mövzudur. Rza mənim uşağımın atası və ərimdir. Onunla sevərək evləndim və bir-birimizə söz verdik ki, yaxşı və pis gündə bir yerdə olacağıq. Hər gecənin bir sabahı var, bunun da bir sabahı olacaq. İnşallah, bu qara günlər tez keçər, uşağımın pis olmasını istəmirəm. Dostlarım bu gün məni bağışlasın, burada olsam da, ruhum burada deyil. İçim qan ağlayır. Bəli, bir qaranlıqdan keçirik. Bildiyim bir şey var ki, hər gecənin bir sabahı var. Bu gecə dostlarımdan ricam - mənim yükümü azaldacaqsınız”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !