Əbubəkr Nurməhəmmədov UFC-dən uzaqlaşdırıla bilər

19:59 | 22.11.2019
Qarışıq döyüş növləri üzrə dünya çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Əbubəkr Nurməhəmmədovun baş məşqçisi və doğma əmisi Əbdülmanaf Nurməhəmmədov yetirməsinin son məğlubiyyətindən sonra gələcək şanslarını dəyərləndirib.
Mütəxəssis hesab edir ki, 30 yaşlı döyüşçünün nizam-intizamında problem var:
 
"UFC belə münasibəti qəbul etmir. Daha bir məğlubiyyət və Əbubəkr UFC-dən uzaqlaşdırılacaq. Döyüşmək üçün əmək sərf etmək lazımdır”.
Qeyd edək ki, Əbubəkr Nurməhəmmədov 9 noyabrda keçirdiyi debüt görüşündə Almaniyadan olan idmançı David Zavada məğlub olub. İdmançı əmisi oğlu Həbib Nurməhəmmədovla ABŞ-da məşq edir. 
oxu.az

www.anews.az
loading...

Xəbər lenti