"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib, dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.
Anews.az Report-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
"Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !