Avropa Mərkəzi Bankının (ECB) uçot dərəcəsini 2019-cu ilin mart ayında artıra biləcəyi ilə bağlı ehtimallar artıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu gözlənti keçirilmiş sorğu əsasında formalaşıb.
Qeyd edək ki, iyul ayına qədər olan proqnozlar 2018-ci ilin dekabr ayında ECB-nin uçot dərəcəsini artıracağını göstərirdi. Lakin avronun məzənnəsində son zamanlar müşahidə olunan artım və inflyasiya göstəricisinin ECB-nin hədəf 2% səviyyəsinə çata bilməməsi ekspertlərin pronozlarını dəyişməsinə səbəb olub.
Bununla yanaşı, maliyyə bazarları ECB-nin monetar ekspansiya proqramını 2018-ci il oktyabrın 1-dək uzadacağını ehtimal edir. Qurumun faizləri monetar ekspansiya proqrami bitdikdən ən az 6 ay sonra artırmağa başlaması gözlənilir. Sözügedən proqramın 2017-ci ilin sonuna qədər davam edəcəyi planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !