Əcənbilər ölkəni tərk etməmək üçün nikaha girir və bu problemlər yaradır- Deputat

14:26 | 03.06.2024
Əcənbilər ölkəni tərk etməmək üçün nikaha girir və bu problemlər yaradır- Deputat

Əcənbilər ölkəni tərk etməmək üçün nikaha girir və bu problemlər yaradır- Deputat

Azərbaycanda heç bir hüquqi əsası olmadan yaşayan əcənbilər ölkəni tərk etməmək üçün azərbaycanlılarla nikaha girir və bu bir çox problemlər yaradır. Bunu Ailə,Qadın və Uşaq komitəsinin sədri Hicran hüseynova deyib. 


"Bu cür halalr var. Müraciət daxil olur. Qanunsuz nikahların böyük hissəsi uğursuz olur. Belə hallarda qadın və uşaqların hüquqları pozulur. Bu zaman da onların hüquqlarını müdafiə etmək çətinləşir”, - komitə sədri iyunun 3-də Milli Məclisin Ailə,Qadın və Uşaq komitəsinin iclasında deyib. 


Azərbaycanda qanunsuz yaşayan əcnəbi vətəndaşların Azərbaycan vətəndaşları ilə rəsmi  nikaha daxil olması qadağan edilməsi müzakirə edilir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM