Kadırov sui-qəsdi təşkilatçılarını bağışlayıb və azad edilmələrinə dair göstəriş verib
Çeçenistan başçısı Ramzan Kadırova qarşı təşkil olunan sui-qəsdin qarşısı alınıb. "Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, sui-qəsdi təşkil edən Arqun şəhərinin bir neçə gənc sakinini Kadırov "bağışlayıb və azad edilmələrinə dair göstəriş verib".
Məlumata əsasən, sui-qəsdi təşkilatçılarına "ikinci şans" tanıyan Çeçenistan lideri "vahabi ideologiyasının təsiri altına düşən 20-dən çox Arqun sakinini də doğru yola çəkib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !