• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Əcnəbilər turizm vizası alacaqlar

Əcnəbilər turizm vizası alacaqlar
14.12.2021 13:10
Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər turizm vizası alacaqlar.
 
Bu, "Turizm haqqında qanun''da əksini tapıb.
 
Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
 
Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və yerləşmə vasitəsində yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Azərbaycana gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda "ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər.
 
Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.
 
Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 (üç) iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 (üç) saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
 
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Siyasət 00:05
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
Siyasət 22:51
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Siyasət 21:27
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib
Siyasət 21:10
Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
Siyasət 18:10
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
XİN Abu-Dabuidəki görüşlə bağlı açıqlama yayıb
Siyasət 15:09
XİN Abu-Dabuidəki görüşlə bağlı açıqlama yayıb
Görüşdə Zəngəzur dəhlizinin açılması müzakirə olunub
Siyasət 14:20
Görüşdə Zəngəzur dəhlizinin açılması müzakirə olunub
İlham Əliyevlə Paşinyanın görüşü bitib -YENİLƏNİB
Siyasət 14:04
İlham Əliyevlə Paşinyanın görüşü bitib -YENİLƏNİB
Rusiya BƏƏ-də keçirilən Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir – Peskov
Siyasət 13:35
Rusiya BƏƏ-də keçirilən Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir – Peskov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol