Əcnəbilərin qanunsuz nikaha daxil olması ciddi problemlər yaradır- Deputat

14:37 | 03.06.2024
Əcnəbilərin qanunsuz nikaha daxil olması ciddi problemlər yaradır- Deputat

Əcnəbilərin qanunsuz nikaha daxil olması ciddi problemlər yaradır- Deputat

Əcnəbilərin qanunsuz nikaha daxil olması ciddi problemlər yaradır. Bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib.


"Bu kifayət qədər ciddi məsələdir. Bəzi ölkələrdə bu cür halalr cinayət məsuliyyəti yaradır. Layihənin qəbul olunması bizim üçün vacibdir. Elə hal olur ki, uzun müddət qeyri-qanuni ölkədə yaşayan şəxsi tapanda məlum olur ki, adam nikaha daxil olub. Bu zaman həmin adam bir çox imtiyazlardan da yararlanır”, - Quliyev iyunun 3-də Milli Məclisdə Ailə,Qadın və Uşaq komitəsinin iclasında deyib. 


Quliyev söyləyib ki, qeyri-qanuni yaşayan şəxslər nikaha girəndə onlardan heç bir etibarlı sənəd tələb olunmur. Yeni qanunla isə buna nəzarət etmək mümkün olacaq.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM