Edam olunan qadının təəccüblü son istəyi - FOTO

14:34 | 20.02.2015
Edam olunan qadının təəccüblü son istəyi - FOTO

Edam olunan qadının təəccüblü son istəyi - FOTO

1997-ci ildə həyat yoldaşını öldürməkdə günahlandırılan 46 yaşlı ABŞ vətəndaşı Kelli Renee Qissendanerin son istəyi bol hamburqer menyusu olub.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qadın haqqında çıxan hökmə görə o, fevralın 25-də zəhərli iynə ilə edam ediləcək. Son istəyi ilə bağlı sorğuya Kelli Renee Qissendaner həbsxana rəhbərliyinə uzun siyahıdan ibarət yemək menyusu təqdim edib. Menyuya iki pendirli hamburqer, kartof qızartması, salatlar, pomidor, kök, qızardılmış soğan, yumurta, süd, limonad və vanilli dondurma daxil edilib.

Qeyd edək ki, həyat yoldaşını öldürən bu qadın ABŞ-ın Corciya ştatında son 70 ildən edam ediləcək ilk qadındır.

ANN.Az

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM