Ədəbiyyat müəllimi Orxan Pamuka görə polisə çağırıldı

23:00 | 19.10.2018
Ədəbiyyat müəllimi Orxan Pamuka görə polisə çağırıldı

Ədəbiyyat müəllimi Orxan Pamuka görə polisə çağırıldı

İstanbulda liseylərdən birində ədəbiyyat müəllimi yazıçı Orxan Pamukun "Məsumiyyət muzeyi” romanını şagirdlərin oxuması üçün tövsiyə etdiyinə görə polisə çağırılıb.

Sim-sim.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin müəllim "ictimai əxlaqa zidd, açıq-saçıq kitab oxumağı məsləhət görmək”də ittiham olunur.

Ədəbiyyat müəllimi valideynlərdən birinin ötən il Baş Nazirliyin Kommunikasiya Mərkəzinə şikayəti əsasında dindirilməyə çağırılıb.  

Adını açıqlamaq istəməyən müəllim bildirib ki, dindirilmədə "Məsumiyyət muzeyinə getmisinizmi?”, "Məsumiyyət muzeyi” kitabını oxumusunuzmu?” suallarına cavab verib.

Həmin müəllim daha sonra bunları deyib: "”Məsumiyyət muzeyi” romanı Təhsil Nazirliyinin elektron kitabxanasında yer alır. Yəni bu kitab qadağan olunan kitablar siyahısında deyil. Açıq-saçıqlıq modern romanın tərkib hissəsidir. Biz "Aşk-ı Memnu” romanını da uşaqlara oxutdururuq. Bu romanda insestə qədər hər şey var. Onda gərək bu kitabı da oxumağa verməyək. Şagirdlərdə oxuma vərdişi yaransın deyə, "Məsumiyyət muzeyi” romanını məsələhət gördüm. Haqqımda cinayət işi açılıb və cəzalandırıla bilərəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb