• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Ədəbiyyatın şah əsərlərində biri Azərbaycan dilində!

Ədəbiyyatın şah əsərlərində biri Azərbaycan dilində!
04.05.2015 11:17
Bu gün Qanun nəşrlər evində iki yeni kitab satışa göndərildi. Bunlar Çezare Paveze "Ay və Tonqallar” və Valeri Sinelnikov " Stressə qarşı peyvənd” kitablarıdı. 


Bu kitab iyirminci əsr ədəbiyyatının şah əsərlərindən biridir

Romanın adsız qəhramanı Amerikadan İtaliyaya öz doğma yurduna qayıdır. Onun işləri Amerikada uğurlu olsa da, bu uğur onun uşaqlığının keçdiyi yerləri, müharibədən sonra vətənindəki vəziyyəti öyrənmək istəyini basdıra bilmir. Dəhşətli faşizm illərindən sonra vətənində nələrin baş verdiyini öyrənmək üçün qayıtdığı ölkəsində qarşılaşdığı mənzərə romanda son dərəcə güclü lirizm yaradır.

Çezare Pavezenin son əsəri və ən yaxşı romanı sayılan, 1950-ci ildə Milli Streqa Mükafatına layiq görülən "Ay və tonqallar” sol təfəkkürlü yazıçının könüllü sağollaşdığı həyatına nisgilli baxışdır. Bu kitab sərgərdan vətəninə, doğma dağlarına, meşələrinə, üzümlüklərinə, ən ülvi cavanlıq xatirələrinə qayıdışıyla bərabər, müharibənin insan talelərinə vurduğu zərbənin bariz nümunəsidir. 

Tərcümə: Kifayət Haqverdiyeva


Sizi stressdən birdəfəlik qurtaracaq kitab

V.Sinelnikov – tanınmış və təcrübəli psixoterapevt, psixoloq, sadəliyi və müalicəvi effektliliyinə görə minlərlə adama sağlamlığını qaytarmağa, rifahını yüksəltməyə, həyat sevincini dərk etməyə kömək edən unikal psixoloji metodikaların müəllifidir. Onun kitablarından hələ lazımınca ifadəsini tapmamış, instinktiv gücünüzdən qüvvə və enerji toplamaq, öz problemlərinizdən baş çıxarmaq, stress və xəstəliyin nə olduğunu birdəfəlik unutmaq üçün necə istifadə etməyi öyrənəcəksiniz. Kitab müalicəvi gücə malikdir və onun pozitiv təsiri onu əlinizə götürdüyünüz andan başlayır. 

Tərcümə: Gülnarə Bəkirova 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol