Ədliyyə Nazirliyi Əli Kərimli və Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-lərin qurultaylarının nəticələri barədə qərar verib.
APA-nın məlumatına görə, Ə. Kərimli özünün "Facebook” səhifəsində yazıb ki, Ədliyyə Nazirliyi hər iki tərəfin təqdim etdiyi sənədləri geri qaytarıb.
Ədliyyə Nazirliyindən Ə. Kəriminin rəhbərlik etdiyi AXCP-yə göndərilən məktubda bildirilib ki, R. Nurullayev də Ədliyyə Nazirliyinə "AXCP Etimad qurultayı” adı ilə sənəd təqdim edib və nazirlik eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq təqdim edilən sənədləri geri qaytarıb.
Ədliyyə Nazirliyi hər iki tərəfə təklif edib ki, mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət etsinlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !