Azərbaycanda daha iki partiya - Vahid Azərbaycan Milli Birlik Partiyası və "Qorqud” Partiyası ləğv olunub. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.
Bununla da Azərbaycanda ləğv olunan partiyaların sayı 13-ə çatıb.
Daha əvvəl Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Milli Vəhdət Partiyası, "Yeni Yol” Partiyası, Müstəqil Xalq Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib.
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib.
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik edilməklə III oxunuşda qəbul olunub.
Layihə 6 fəsil, 30 maddədən ibarətdir.
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən 112-si nəzərə alınıb.
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !