Ədliyyə Nazirliyi məşhur şirkətə qarşı tətqiqatlara başlayır

09:55 | 01.06.2019
Ədliyyə Nazirliyi məşhur şirkətə qarşı tətqiqatlara başlayır

Ədliyyə Nazirliyi məşhur şirkətə qarşı tətqiqatlara başlayır

ABŞ Ədliyyə Nazirliyi "Google” şirkətinin də daxil olduğu və antiinhisar qanunverciliyini pozmaqda şübhəli bilinən "Alphabet” korporasiyasına qarşı təhqiqatlara başlamağa hazırlaşır.
Bu barədə Oxu.Az "The Wall Street Journal” qəzetinə istinadən xəbər verir.

Nəşrin mənbələri bidirir ki, nazirlik "Google”un biznesi necə apardığını, internetdə axtarış qaydalarını necə müəyyən etdiyini və digər məsələləri araşdırmağa artıq başlayıb.
Xatırladaq ki, cari ilin mart ayının sonlarında Avrokomissiya "Google” şirkətini rəqabətlilik üzrə  Avropa normalarını pozduğuna görə  €1,49 mlrd ($1,7 mlrd) məbləğində cərimələmişdi.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti