Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

11:57 | 19.07.2024
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

Nazirlər Kabineti 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda və 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.

İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM