Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi vəzifəsindən azad edilib

10:41 | 15.05.2024
Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi vəzifəsindən azad edilib

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi vəzifəsindən azad edilib

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib. Bu barədə Qaynarinfo xəbər verərək ədliyyə naziri Fərid Əhmədovun Əmr imzaladığını bildirib.

İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.  

Akşin Ziyadov 2017-ci ildə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olunub. Həmin təyinatadək isə Nizami rayon prokuroru vəzifəsində çalışıb.

Probasiya Xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edən qurumdur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM