Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

16:08 | 28.11.2022
Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


Dəyişikliklə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı


Strateji planlaşdırma və monitorinq baş idarəsi


Qanunvericilik baş idarəsi


Ədliyyə sahəsində xidmətlər baş idarəsi


İcra baş idarəsi


Probasiya xidməti (baş idarə səlahiyyətli)


Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)


İnsan resursları baş idarəsi


Beynəlxalq əməkdaşlıq idarəsi


İnsan hüquqları və kommunikasiya idarəsi


İstintaq idarəsi


Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)


İnformasiya texnologiyaları və innovasiyalar idarəsi


Katiblik (idarə səlahiyyətli)


Maliyyə və təminat idarəsi.


Dəyişiklikdən əvvəl "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı kimi idi:


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı


Təşkilat-nəzarət baş idarəsi


Qanunvericilik baş idarəsi


Qeydiyyat və notariat baş idarəsi


İcra baş idarəsi


Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)


Probasiya xidməti (baş idarə səlahiyyətli)


Beynəlxalq əməkdaşlıq idarəsi


İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi


İstintaq idarəsi


Kadrlar idarəsi


Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)


Katiblik (idarə səlahiyyətli)


Maliyyə və təminat idarəsi


İnformasiya-kommunikasiya texnologiyaları idarəsi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb