Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın əvvəlində keçirilə bilər.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.
Onun sözlərinə görə, prezidentlərin görüşü yaxın həftələrdə keçiriləcək. "Hesab edirəm ki, İlham Əliyev- Serj Sarkisyan görüşü dekabrın əvvəlində baş tuta bilər. Görüşün dəqiq vaxtı və yeri barədə isə prezident aparatı əlavə məlumat veriləcək", - deyə Şarmazanov qeyd edib.
Prezidentlərin son görüşü 2014-cü il oktyabrın 27-də Parisdə baş tutmuşdu.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !