ƏDV geri qaytarmaq istəyən vətəndaşların NƏZƏRİNƏ

17:58 | 15.05.2020
ƏDV geri qaytarmaq istəyən vətəndaşların NƏZƏRİNƏ

ƏDV geri qaytarmaq istəyən vətəndaşların NƏZƏRİNƏ

Ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin qaytarılması prosesi 21 mart 2020-ci ildən etibarən tətbiq olunmağa başlayıb. ƏDV-nin geri qaytarılması üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrəsi lazım olur.

ƏDV-nin geri qaytarılması ilə bağlı bəzi iaşə obyektlərində fiscal İD kodu ilə bağlı anlaşılmaz problemlər ortaya çıxıb. Bəzi vətəndaşları edvgerial.az saytında 90 dəqiqə sonra çekinizi qeydiyyatdan keçirməyiniz xahiş olunur yazılması çaşdırır. Belə ki, vətəndaş hesab edir ki, o çeki 90 dəqiqə ərzində daxil etməsə o çek artıq aktiv sayılmayacaq.

Daha sonra iri marketlərdə bu Fiscal İD kodu 12 şifrəli deyil daha uzun yazılıb. Bəzi obyektlərdə isə ümümmiyyətlə Fiscal İD kodu yoxdur. Bəs belə olan hallarda vətəndaşlar ƏDV geri qaytarılma prosesindən necə keçməlidirdlər?

Vergilər nazirliyinin sözçüsü Şahin Məmmədov Anews.az-a açıqlamasında qaranlıq qalan məqamlara aydınlıq gətirdi.

O, bildirdi ki, aktiv olan çeki 90 gün ərzində qeydiyyatdan keçirmək mümkündür. Edvgerial.az saytında qeyd olunan 90 dəqiqə isə o deməkdir ki, vətəndaşdan əlində olan çeki 90 dəqiqə sonra qeydiyyatdan keçirməyi xahiş olunur. Çünki bu sistemlər arasında informasiya mübadiləsi ilə bağlı olan məsələdir. 90 dəqiqə ərzində həmin çekin məlumatı vergi orqanının bazasına oturur.Bu prosesdən sonra edvgerial.az saytı həmin çeki təsdiq edə bilir. Ona görə də vətəndaşlar burdakı 90 dəqiqə və 90 gün məsələsini qarışıq salmasınlar. Əlində çeki olan vətəndaş 90 gün ərzində rahat edvgerial.az saytında Fiscal İD kodunu daxil edə bilər.

Şahin Məmmədov həmçinin bəzi çeklərdə Fiscal kodun uzun şifrə ilə olmasına da aydınlıq gətirdi.  O, qeyd etdi ki, bəzi çeklərdə Fiskal kodun uzun şifrədən ibarət olması vətəndaşları çaşdırır. Vətəndaşlar belə olan halda diqqətli olmalıdır. Həmin uzun rəqəmli Fiscal kodla qarşılaşdıqda  kodun ilk 12 rəqəmini yazmalıdırlar. Üzərində qeyd olunan digər şifrə kodlarını yazmağa ehtiyac yoxdur. Çünki o kodlar iaşə obyektlərinin daxili hesablatları ilə bağlı olan koddur.

Vergilər Nazirliyinin sözçüsü onu da əlavə etdi ki, bəzi iaşə obyetləri hələ yeni nəsil kassa aparatına keçməyiblər. Bu proses boyunca davam edəcək. İaşə obyektləri mərhələli şəkildə yeni nəsil kassa aparatları sisteminə keçəcəkr. ƏDV geri qaytarılmasının iki şərti var. Birinci həmin iaşə obyekti ƏDV ödəyicisi olmalıdır. İkincisi isə yeni nəsil kassa aparatının çeki olmalıdır. Əgər bu şərtlərdən hər hansısa biri yoxdursa o zaman vətəndaş edvgerial.az saytından bəhrələnə bilməyəcək.

Qeyd edək ki, vətəndaşlar nağdsız ödəniş etdiyi zaman ƏDV –nin 15 faizini, nağd ödəniş etdiyi zaman isə 10 faizini geri ala biləcəklər.  
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb