Ukraynada separatçıların tərəfindən vuruşan çeçenlərin məşhur “Vostok” batalyonunun komandiri Aleksandr Xodakovski şok açıqlamalar verib.ANN.Az Axar.az-a istinadən xəbər verir ki, Xodakovski Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və “Donetsk Xalq Respublikası”nı (DXR) tanımadığını bildirib.“Strelkov o zaman bizim komandanımız ola bilər ki, DXR-in tərkib hissəsi olaq. O, Müdafiə naziri kimidir. Siz bilirsiz ki, biz DXR-in tərkibinə daxil deyilik, biz müqavimət hərəkatına daxilik. Müqavimətdə də ictimai hərəkatı başa düşmək lazımdı. Kimsə DXR-in tərəfdarıdır, kimisi Ukraynanın ərazi bütövlüyünün, lakin Rusiyameyilli Ukraynanı heç kim qəbul etmir.Şəxsən mən, Ukraynanın parçalanmasının tərəfdarı deyiləm”, - deyə batalyon komandiri bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !