Əfəndiyev rektor oldu - SƏRƏNCAM

19:06 | 26.12.2014
Əfəndiyev rektor oldu - SƏRƏNCAM

Əfəndiyev rektor oldu - SƏRƏNCAM

Dekabrın 26-da prezident İlham Əliyev Timuçin Əfəndiyevin Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilməsi haqda sərəncam imzalayıb.

Bakıda Xoreoqrafiya Akademiyası prezident İlham Əliyevin 2014-cü ilin aprelində imzaladığı sərəncamla yaradılıb. Timuçin Əfəndiyev bu akademiyanın ilk rektorudur.

Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakıda yazıçı İlyas Əfəndiyevin ailəsində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Respublika Gənclər Təşkilatında, Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb. 1987-ci ildən 2014-cü il mayın 2-dək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. 1987-ci ildən rektor olub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimidir.


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM