Efiopiyadakı acların sayı 8 milyona çatıb

20:51 | 13.11.2015
Efiopiyadakı acların sayı 8 milyona çatıb

Efiopiyadakı acların sayı 8 milyona çatıb


Birləşmiş Millətlər Təşkilatı (BMT) Efiopiyada aclıq təhlükəsinin qırmızı xətti keçdiyini bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə aclıqdan əziyyət çəkənlərin sayı 8,2 milyonu keçib. Qurumun humanitar məsələlər üzrə idarəsi 2016-cı ilin əvvəllərinə qədər bu Şərqi Afrika ölkəsində kəskin quraqlığın davam edəcəyini və təcili tədbirlər görülməzsə, gələn il aclıq çəkənlərin sayının 15 milyona çatacağını ehtimal edib.   

Su və ərzaq çatışmazlığından əziyyət çəkən insanlar üçün BMT təcili olaraq 100 milyon dollar vəsait ayırsa da, humanitar böhranın qarşısını almaq üçün daha 500 milyon dollar vəsaitin gərəkli olduğu bildirilir.     

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM