Əfqan Muxtarlı azadlığa buraxıldı

12:22 | 08.02.2018
Əfqan Muxtarlı azadlığa buraxıldı

Əfqan Muxtarlı azadlığa buraxıldı

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısı, bacısı və qardaşının övladının yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb.

Report-un xəbərinə görə, o, hazırda Zaqatala rayonundadır.

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti