Əfqanıstan “Taliban”la sülhə hazırdır

18:30 | 03.08.2021
Əfqanıstan “Taliban”la sülhə hazırdır

Əfqanıstan “Taliban”la sülhə hazırdır

Əfqanıstan höküməti müəyyən şərtlər əsasında "Taliban” hərəkatı ilə sülhə hazırdır.

Bunu Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar "İzvestiya” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, "Taliban” qruplaşması terrora dəstək verməyi dayandırmalıdır:

"Biz Talibanla işləməyə, onların hökumətdə təmsil olunmaqlarına, onlarla barışmağa və hakimiyyəti bölməyə hazırıq. Bunun üçün çox şərtimiz yoxdur, əslində yalnız bir şey var - ölkə daxilində Əfqanıstanın gələcəyi əfqan xalqının azad iradəsi ilə həll edilməli, xarici sərhədlərdə Əfqanıstan başqa heç bir ölkəyə təhlükə yaratmamalı, ölkədə bir dənə olsun belə xarici terrorçu olmamalıdır”.

Nazir əlavə edib ki, Əfqanıstan bütün ölkələrlə əməkdaşlığa hazırdır:

"Əfqanıstanın qarşıdurma və rəqabət məkanı deyil, əməkdaşlıq məkanına çevrilməsini istərdik. Əfqanıstan bütün ölkələrə tərəfdaşlıq təklif edir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb