Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb

22:30 | 28.08.2017
Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb

Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb

İnsident zamanı həm hərbi qulluqçular, həm də mülki şəxslər həlak olub.

Əfqanıstanın Hilmənd əyalətində terrorçu-kamikadzenin minalanmış avtomobili partlaması nəticəsində 13 nəfər ölüb, 19 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Partlayış hərbi karvana hücum zamanı baş verib, həm hərbi qulluqçular, həm də mülki şəxslər həlak olub.
Hücuma görə məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM