İyulun 13-də axşam Əfqanıstanın şimalında məscidin içərisində bomba partladılıb, 20-dən çox insan xəsarət alıb.
Polisin məlumatına görə, dindarlar iftarlarını açmaq üçün yemək verilməsini gözləyirmiş. Hadisə Bağlan vilayətinin Puli Xumri şəhərində baş verib. Partlayıcıların məscidin içinə qoyulduğu bildirilir.
Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.
İyulun 12-də isə Əfqanıstanın cənubşərqində ABŞ bazası yaxınlığında bomba qoyulmuş maşın partladılıb, 33 nəfər həlak olub. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !