Əfqanıstanda NATO qüvvələrinə hücum edildi

14:59 | 07.07.2015
Əfqanıstanda NATO qüvvələrinə hücum edildi

Əfqanıstanda NATO qüvvələrinə hücum edildi

Əfqanıstanın paytaxtı Kabildə NATO qüvvələrinə hücum edilib.

İntiharçı iyulun 7-də minalanmış maşını hərbi karvanın yanında partladıb.

Daxili işlər nazirliyinin sözçüsü Sediq Sediqqi hələlik itkilər barədə dəqiq məlumat olmadığını bildirir.

Bu həftə ərzində Kabildə NAYO qüvvələrinə edilən ikinci hücumdur.

Hazırda Əfqanıstanda 9800 ABŞ əsgəri var.

Onlar əsasən yerli qüvvələrə təlim keçməklə məşğuldur. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM