Əfqanıstanın Qəndəhar vilayətinin Spin-Boldak bölgəsində naməlum şəxslər yüzdən çox dinc sakini öldürüblər.
Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyindən bildirilib.
"Pəncabdakı (Pakistan) rəhbərlərinin əmri ilə terrorçular Spin- Boldakın bəzi ərazilərindəki günahsız əfqanların evlərinə hücum etdilər. Onlar evləri qarət ediblər, yüzlərlə günahsız insan öldürüblər", - nazirliyinin sözçüsü Mirvais Stanekzay deyib.
"Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !