Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı - Yaralananlar var

22:49 | 01.12.2020
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı - Yaralananlar var

Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı - Yaralananlar var

Rusiyanın Əfqanıstandakı diplomatik missiyasının avtomobili kustar üsulla hazırlanmış partlayıcı qurğu vasitəsilə partladılıb.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. İnsident nəticəsində səfirliyin əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

İlkin ehtimala görə, hücumun hədəfi diplomatik missiyanın maşınının qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı olub. Lakin hücumun Rusiya diplomatlarına qarşı hazırlandığı da istisna edilmir.

"Əfqanıstan tərəfindən insidentin hərtərəfli araşdırılmasını və Rusiyanın xarici nümayəndəliyinin personalının təhlükəsizliyinin təmin edilməsini tələb edirik”, - deyə Zaxarova bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb