Əfqanıstanda son sutkada 375 "Taliban" silahlısı zərərsizləşdirilib, 193-ü yaralanıb

21:00 | 03.08.2021
Əfqanıstanda son sutkada 375

Əfqanıstanda son sutkada 375 "Taliban" silahlısı zərərsizləşdirilib, 193-ü yaralanıb

Əfqanıstan hərbçiləri ilə "Taliban” arasındakı son sutkadakı döyüşlər nəticəsində qruplaşmasının 375 silahlısı ölüb, 193-ü yaralanıb.

"Report” "Sputnik Afqanistan”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada baş verən toqquşmada "Taliban”ın 8 böyük hərbi texniki kompleksi, sursatı, 11 müxtəlif tip minatanı məhv edilib. Məlumata görə, "Taliban” bu qurğularla dinc sakinləri və təhlükəsizlik qüvvələrini hədəfə alıbmış.

Nazirlik bildirib ki, qruplaşmanın silahlıları hərbçilərlə Nuristan, Lohar, Qəndəhar, Uruzqan, Herat, Cauzcan, Bəlx, Samanqan, Gilmənd, Kapisa və Baqlanda bölgələrindəki döyüşlərdə zərərsizləşdirilib, yaralanıb. Məlumata əsasən, bu ərazilərdə hakimiyyət və könüllü müdafiəçilərlə qruplaşma arasında döyüşlər davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb