Əfqanıstanda soyuqdan 70 nəfər ölüb

10:00 | 19.01.2023
Əfqanıstanda soyuqdan 70 nəfər ölüb

Əfqanıstanda soyuqdan 70 nəfər ölüb

Əfqanıstanda son günlər artan soyuq hava şəraiti səbəbindən həyatını itirənlərin sayının 70-ə çatdığı bildirilib. Bu barədə Talibanın müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyi mətbuata açıqlamasında bildirib.

Bildirilib ki, ölkə daxilində son 8 gündə qış şəraitinin daha da pisləşməsi qeydə alınıb.

Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin Fövqəladə Hallar Mərkəzinin direktoru Mevlevi Abdullah Muhammedi bildirir ki, qar nəticəsində Badgis, Qazni, Nimruz, Paktika, Herat, Qəndəhar və Faryabda daha çox insan həyatını itirib.

Məhəmmədi ölkə üzrə 70 min heyvanın tələf olduğunu da vurğulayıb.

Eyni zamanda ölkənin qərbindəki Herat əyalətində qış mövsümü başlayandan küçələrdə yaşayan 45 narkotik aludəçisinin donaraq ölüb.

Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük bir aztəminatlı insan qrupu var.

Bundan əlavə, kənd yerlərində rəsmi uçotun aparılmaması da analoji itkilərin daha çox olacağı ehtimalını artırıb.

Xüsusilə qış mövsümündə nəqliyyatın çətinliyi humanitar təşkilatların ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirib.
 
Yanvarın 10-dan etibarən Kabildə və bir sıra digər əyalətlərdə temperatur aşağı düşüb, mərkəzi Qor bölgəsində isə həftə sonu ən aşağı göstərici -33C qeydə alınıb.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM