Əfqanıstanda soyuqdan ölən şəxslərin sayı açıqlanıb

13:07 | 25.01.2023
Əfqanıstanda soyuqdan ölən şəxslərin sayı açıqlanıb

Əfqanıstanda soyuqdan ölən şəxslərin sayı açıqlanıb

Əfqanıstanda son günlər artan soyuq hava şəraiti səbəbindən həyatını itirənlərin sayının ən azı 157 nəfərə çatdığı bildirilib. Bu barədə Talibanın müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyi mətbuata açıqlamasında bildirib.


Bildirilib ki, ölkə daxilində son 15 gündə qış şəraitinin daha da pisləşməsi qeydə alınıb.

Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin Fövqəladə Hallar Mərkəzinin direktoru Mevlevi Abdullah Muhammedi bildirir ki, qar nəticəsində Badgis, Qazni, Nimruz, Paktika, Herat, Qəndəhar və Faryabda daha çox insan həyatını itirib.


Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük bir aztəminatlı insan qrupu var.


Bundan əlavə, kənd yerlərində rəsmi uçotun aparılmaması da analoji itkilərin daha çox olacağı ehtimalını artırıb.


Xüsusilə qış mövsümündə nəqliyyatın çətinliyi humanitar təşkilatların ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirib.
 
Yanvarın 10-dan etibarən Kabildə və bir sıra digər əyalətlərdə temperatur aşağı düşüb, mərkəzi Qor bölgəsində isə həftə sonu ən aşağı göstərici -33C qeydə alınıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM