ANN.Az xarivi ökə mediasına istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildəki Hərbi Aeroportda bir nəfər əfqan hərbçi silahlı hücum nəticəsində 3 ABŞ vətəndaşını öldürüb, 4 nəfəri isə yaralayıb.
Hadisə dünən gecə saatlarında baş verib. Öldürülən şəxslər Əfqanıstan Havva Qüvvələrində müqavilə ilə çalışırmışlar və onlar ABŞ Müdafiə Nazirliyinin göndərişi ilə bu ölkəyə ezam olunublarmış.
Əfqanıstan Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında hadisənin baş verdiyi təsdiq olunub və araşdırma aparıldığı bildirilib.
Əfqab Talibanının sözçüsü Zabiullah Mücahet adından yayımlanan yazılı açıqlamada hadisənin məsuliyyəti terror təşkilatın üzərinə götürüldüyü bildirilib və qeyd olunub ki, Kabil Hərbi Aeroportunda taliban üzvü İhsanulla 3 Amerika vətəndaşını qətlə yetirib. Açıqlamada o da vurğulanır ki, talibanın göstərişi ilə İhsanulla əfqan ordusunda xidmətə gedib və talibanla əlaqəsini saxlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !