Əfran İsmayılov yeni müqavilə təklifi almayıb

22:30 | 27.06.2020
Əfran İsmayılov yeni müqavilə təklifi almayıb

Əfran İsmayılov yeni müqavilə təklifi almayıb

"Karyeramla bağlı bir yenilik yoxdur. "Keşlə” ilə müqaviləm başa çatıb”.

Bunu Oxu.Az-a futbolçu Əfran İsmayılov deyib.
31 yaşlı sağ cinah müdafiəçisi hələlik "Keşlə”dən yeni müqavilə təklifi almadığını bildirib. Qeyd edək ki, "Keşlə” ötən mövsüm komandada çıxış etmiş altı futbolçusu ilə müqavilələri artıq yeniləyib.

Əfran İsmayılov yaxın günlərdə məşqçisi ilə əlaqə saxlayacağını bildirib:
"Baş məşqçimiz Tərlan Əhmədovla hələlik əlaqə saxlamamışam. Yəqin, 2-3 günə zəng edib, karyeramın gələcəyi ilə bağlı fikrini soruşaram”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb