"Mançester Yunayted"in yarımmüdafiəçisi Rayan Giggz futbolçu karyerasını başa vurub.
Qol.Az-ın məlumatına görə, bu barədə 40 yaşlı oyunçu klubun rəsmi saytına açıqlamasında deyib. O bildirib ki, bundan sonra "MY"nın yeni baş məşqçisi Lui van Qalın köməkçisi vəzifəsində çalışacaq:
"Artıq karyeramda yeni səhifə açıram. "MY"da 963 matçda oynadığım üçün qürur duyuram. Bu müddət ərzində mənə dəstək olan bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Bunda sonra van Qalla birgə işləyəcəm. Onunla komandada uğurlar qazanacağımıza əminəm".
Qeyd edək ki, R.Giggz futbolçu karyerası ərzində yalnız "MY"nın şərəfini qoruyub. O, 1990-ci ildən Mançester təmsilçisinin əsas komandasında oynayıb və klubun canlı əfsanəsinə çevrilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !