Əfsanəvi aparıcı Qarabağa gedir

13:27 | 29.11.2013
Əfsanəvi aparıcı Qarabağa gedir

Əfsanəvi aparıcı Qarabağa gedir

CNN teleşirkətinin əfsanəvi aparıcısı Lari Kinq Ümumdünya Erməni Fondu "Ayastan"ın təşkil etdiyi "Telemarafon-2013"də iştirak edib. Telemarafon Los-Ancelesdə keçirilib. ANS PRESS-in "Armenpress"ə istinadla verdiyi məlumata görə, tanınmış aparıcı burada qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb. Görüş əsnasında Saakyan onu Qarabağa dəvət edib. Məlumatda bildirilir ki, Kinq dəvəti qəbul edib. Bu barədə marafonda canlı efir zamanı arxiyepiskop Ovnan Terteryan bildirib. O, Lari Kinqin yaxın zamanda Qarabağa səfər edəcəyini ehtimal etdiyini deyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM