Əfsanəvi futbolçu karyerasına son qoydu

15:11 | 06.03.2014
Əfsanəvi futbolçu karyerasına son qoydu

Əfsanəvi futbolçu karyerasına son qoydu

16 mövsüm boyu Madridin “Real”ını təmsil edən  əfsanəvi hücumçu Raul, mövsümün sonunda karyerasına son qoyduğunu elan edib.Oxu.Az Rusiya KİV-nə istinadən bildirir ki, Football Espana-nın məlumatına görə, ispaniyalı hal-hazırda Qətərin “Al-Sadd” klubunda oynayır.Gələcəkdə futbolçu məşqçi olmağı planlayır.“Qaymaqların” keçmiş direktoru Xorxe Valdano “Madrid klubu artıq öz Pepa Qvardiolasını tapmalıdır” deyə, Raulun zamanla “Real”ın məşqçisi ola biləcəyi haqqında fikir bildirib.Raul 1994-2010-cu illər ərzində “Real”da oynayıb. Klubun tarixində ən yaxşı hücumçudur. Altı dəfə İspaniya çempionu, üçqat Çempionlar Liqasının qalibi olub.2010-12-ci illərdə “Şalke 04”-də, sonra isə 2013-cü ildə Qətər çempionu “Al-Sadd”-da oynayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM