Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

18:00 | 02.01.2023
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

İspaniyalı tennisçi, Böyük Dəbilqə turnirlərinin 22 qat qalibi, dünyanın ikinci raketkası Rafael Nadal 20 il sonra öz antirekordunu təkrarlayıb.

Əfsanəvi idmançı bu gün Avstraliyada baş tutan "United Cup” komanda turnirində yerli tennisçi Aleks de Minora uduzub (6:3, 1:6, 5:7).

Bu məğlubiyyət Nadal üçün son yeddi matçda altıncı belə uğursuzluq olub. İspaniyalı antirekorda gedən seriyada De Minorla yanaşı, Fransis Tiafo, Tommi Paul, Teylor Fritz, Feliks Auger-Aliassime və Kemeron Norriye ilə bacarmayıb.

Nadal sonuncu dəfə təxminən 20 il əvvəl - 2003-2004-cü illərdə keçirdiyi 7 matçda Rodolfo Kadarı məğlub edərək Yunes El Aynaoui, Riçard Qaske, Dominik Hrbati, Aleks Korretca, Felisiano Lopez və Tyerri Asyona uduzub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb