Anews.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən aparıcı əlil arabasına məhkum olmuşdu.
Mesut Mertcan aparıcılıq karyerasına başlamazdan əvvəl "Türkiyənin harasında olursa-olsun aparıcılıq etmək istəyirəm”, - deyə TRT-yə məktub yazaraq müraciət edib və 1973-ci ildə Ərzurumda işə başlayıb.
O, Ankarada Qazi Universitetinin ingilis dili bölməsində təhsil almasına baxmayaraq, ali məktəbi yarımçıq tərk edib. İllərlə "TRT 1” televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərib.
1987-ci ildə Türkiyədə keçirilən seçkilərdə millət vəkilliyinə namizədliyini irəli sürüb. Millət vəkili seçilə bilmədikdən sonra "Star”, "Kanal 6”, "Kanal 9”, "Milli Kanal” kimi televiziya kanallarında aparıclıq edib.
4 dəfə evli olan aparıcı sonuncu həyat yoldaşından 2012-ci ildə ayrılıb və iki övladı var. 2014-cü ildən bəri qocalar evində yaşayırdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !