Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə prezident İlham Əliyevin Qurban bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı barədə yayılan məlumatlara aydınlıq gətirib. O, Aktual.az-a bildirib ki, əfv sərəncamı imzalamaq prezidentin müstəsna səlahiyyətidir: "Mən mətbuatda da bu barədə oxumuşam. Əgər hər bayram ərəfəsində prezident əfv sərəncamı imzalasa, onda həbsxanalarda məhbus qalmaz. Ona görə də məndə olan məlumata görə, Qurban bayramı ərəfəsində əfv gözlənilmir".
Çingiz Qənizadə ilin sonunda əfv sərəncamının imzalanacağını da istisna etmədi: "Prezident adətən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv sərəncamı imzalayır. Ona görə də biz ilin sonunda növbəti əfvin olacağına ümid edə bilərik".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !