Əfvlə bağlı prezidentə müraciət olunacaq

11:11 | 18.02.2014
Əfvlə bağlı prezidentə müraciət olunacaq

Əfvlə bağlı prezidentə müraciət olunacaq

Hüquq müdafiəçisi Novella Cəfəroğlu siyasi məhbusların siyahısını hazırlayaraq onların əfv olunmaları üçün prezidentə müraciət edəcəklərini bildirib. N. Cəfəroğlu bu siyahıda hazırda məhkəməsi gedən siyasətçilərin də adının yer alacağını deyib: “Siyahıda NİDA-çıların, Yadigar Sadıqovun, Tofiq Yaqublunun, İlqar Məmmədovun, Əli İnsanovun, Nemət Pənahlının, Əvəz Zeynallının, Anar Məmmədlinin və digərlərinin adı olacaq. Siyahını tamamlayaraq prezidentə, Əfv Komissiyasına, Ramiz Mehdiyevə göndərəcəyik. Biz istəyirik ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlamazdan öncə bunların hamısını buraxsınlar. Ümidliyik ki, çox adam azadlığa buraxılacaq. Gülər Əhmədovanın adı  bu siyahıda yer almayacaq. Çünki onun vəkili bizə müraciət etməyib”. //musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti