“Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb

22:39 | 12.09.2019
Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Ege hospital”da ölüm hadisəsi baş verib.

Anews.az  "Report”a istinadla xəbər verir ki, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

"Report” məsələ ilə bağlı "Ege hospital”a müraciət edib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.
www.anews.az
loading...