"Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar" - Hikmət Hacıyev

"Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib”.
Onun sözlərinə görə, bu hadisə Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edir: "Qarşıdan Cenevrə görüşləri gəlir. Həmin görüşlərdən öncə Ermənistan tərəfindən növbəti dəfə xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirilib.
Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə yoxdur. Onların ancaq gücü mülki insanlara çatır. Onların məqsədi mülki insanlar arasında qətlə səbəb olmaqdır. Ancaq bunlar Azərbaycan xalqını qorxutmur. Əgər onlar düşünürlər ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar.
Döyüş meydanından şərəfsizcəsinə qaçırlar. Gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Biz onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















