"Əgər Könül vəzifəyə təyin edilibsə...’’ - Afaq Bəşirqızıdan AÇIQLAMA

19:57 | 12.08.2020

"Əgər Könül vəzifəyə təyin edilibsə...’’ - Afaq Bəşirqızıdan AÇIQLAMA

Xalq artisti gəlini Könül Təhməzovaya vəzifə verilməsinə münasibət bildirib.
Anews.az xəbər verir ki, sənətçi ‘’Ölkə.Az’’-a açıqlamasında xəbəri ilk dəfə bizim əməkdaşımızdan eşitdiyini deyib.
‘’Düzünü deyim ki, bu barədə məlumatım yox idi. Hətta xəbəri indicə sizdən eşidirəm. Hər kəsin öz həyat borcu, öz həyat vəzifəsi var. Mən belə düşünürəm ki, bu barədə hələ çox söz demək olmaz. Əgər Könül vəzifəyə təyin edilibsə, bu o deməkdir ki, onun biliyinə etimad göstəriblər’’.
Qeyd edək ki, Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Xalq artistinin gəlini Könül Təhməzov 7 nömrəli məktəbin direktor vəzifəsinə təyin edilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb