“Əgər mən Ramzan Kadırovun əmisiyəmsə...” - Qafqazın şeyxi

10:15 | 20.02.2019
“Əgər mən Ramzan Kadırovun əmisiyəmsə...” - Qafqazın şeyxi

“Əgər mən Ramzan Kadırovun əmisiyəmsə...” - Qafqazın şeyxi

Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insidentə bir neçə gündür ki, ən yüksək səviyyədə münasibət bildirilir. Elə dünən Rusiya paytaxtında hər iki tərəfin rəsmi şəxsləri arasında görüş olub.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazədə də məsələyə münasibət bildirərək nöqtə qoyub. 
O, Real TV-yə açıqlamasında hər iki xalq arasında qardaşlıq münasibəti olduğunu qeyd edib:

"Prezident İlham Əliyevlə danışandan sonra vəziyyətin nə yerdə olduğunu öyrəndim. Cənab prezident mənə bəzi göstərişlər verdi. Buna əsasən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə danışdım. Sonra birbaşa özüm Çeçenistanın rəhbərliyi ilə danışıqlar apardım. Həmin an Çeçenistan rəhbərliyi Dubayda idi, ölkənin muftisi isə İraqa uçurdu. Mən vəziyyətin bu şəkildə olmasını onlara deyəndə müəyyən məsələlərdən xəbərləri var idi. Mən onlara prezident İlham Əliyevin salamlarını çatdırdım və bu məsələdən narahat olduğunu bildirdim. Mənim sözümdən sonra mufti İraqa uçanda hava limanından onu Qroznıya geri qaytardılar. 

Çeçenistan lideri Ramzan Kadırov öz əmisinin yanında məni qucaqlayıb "əmi” deyir. Əgər mən əmiyəmsə, hər iki dövlətin, xalqın nümayəndələrinə müraciət etməyə haqqım var. Müraciət edirəm ki, bütün Qafqaz xalqı qardaş kimi olmalıdır. Bizi birləşdirən səbəblər daha çoxdur. Bizi bir-birimizdən ayırmaq istəyirlər, təkləyib məhv etmək istəyirlər. Onlara qarşı birgə mübarizə aparmalıyıq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM